Dünyada qəpik-quruş, Azərbaycanda isə minlərlə manat… – Bank faizləri ilə bağlı SENSASİON MÜQAYİSƏbackend

Dünyada qəpik-quruş, Azərbaycanda isə minlərlə manat... - Bank faizləri ilə bağlı SENSASİON MÜQAYİSƏ

10 min manatlıq kreditin 2 il ərzində 15.800 manata çatması artıq sadə bank xidməti deyil. Bu sistemli şəkildə vətəndaşın maliyyə yükünün ağırlaşdırılmasıdır.

KONKRET.az-ın bu sektorda apardığı müqayisə isə vəziyyətin nə qədər kəskin olduğunu açıq göstərir:

Belə ki, Fici, Yaponiya, Danimarka, Niderland kimi ölkələrdə eyni məbləğ üzrə artım cəmi 50–200 manat aralığında dəyişir. Hətta Avropanın nisbətən yüksək faizli ölkələrində – İtaliya, Almaniya, Fransa və Lüksemburqda belə bu fərq maksimum 700 manat civarındadır. Azərbaycanda isə bu rəqəm 5.800 manata qədər yüksəlir. Bu, artıq bank sektorunda SOS siqnalının çalınması deməkdir.

Bu fərqi “risk”, “inflyasiya” və ya “bazar şərtləri” ilə izah etmək sadəcə reallıqdan yayınmaqdır.

Əsas problem bank sektorunun mahiyyətindədir:

Azərbaycanda banklar kreditləri sosial-iqtisadi alət kimi yox, maksimum gəlir mənbəyi kimi görür. İnkişaf etmiş ölkələrdə bank sistemi iqtisadiyyatı dəstəkləməyə xidmət göstərir, biznesi, istehlakı, rifahı artırır. Azərbaycanda isə kredit çox vaxt vətəndaşı maliyyə asılılığına salan mexanizmə çevrilir.

Digər ciddi problem şəffaflığın zəifliyidir. Rəsmi faiz dərəcəsi ilə real effektiv faiz arasında uçurum var. Komissiyalar, sığorta haqları, gizli ödənişlər nəticədə kreditin dəyərini süni şəkildə şişirdir. Müştəri isə müqavilənin incə detallarını çox vaxt ya anlamır, ya da ona aydın izah edilmir.

Daha problemli məqamlardan biri erkən ödənişə görə “cərimə” xarakterli yanaşmadır. Dünyanın bir çox ölkəsində borcu tez bağlamaq təşviq olunur. Azərbaycanda isə əksinə, banklar gələcək faizləri itirməmək üçün müştərini əlavə ödənişə məcbur edir. Bu isə artıq bazar prinsiplərindən çox, sərt və birtərəfli şərtlərin diktəsidir.

Rəqabət mühitinin zəif olması da əsas səbəblərdəndir. Alternativlər az olduqca, banklar faizləri aşağı salmaq məcburiyyəti hiss etmir. Nəticədə bazar yox, şərtləri banklar müəyyən edir.

Ortaya belə bir mənzərə çıxır:

10 min manat kredit götürən vətəndaş 2 il ərzində faktiki olaraq bank üçün işləyir.

Bu reallıq fonunda əsas sual dəyişmir:

Azərbaycanda kredit sistemi vətəndaşa xidmət edir, yoxsa insanlar bank rəhbərlərini daha da varlandırmaq üçün çalışır? Suallar açıq olaraq qalır. Əslində isə cavab bəllidir. Azərbaycanda əhali banklara borclandırılıb və banklardan asılı vəziyyətə salınıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

  • cemil
    May 4, 2026 - 17:55

    CƏHƏNNƏMƏ QOY 12000 YESİNLƏR İLƏ 1000 MANAT. 5 İLLİK 30000 GÖTÜRÜRSƏN 50000 ODƏYİRSƏN İLƏ 10000 ONUN 4000 FAİZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*