İslamda bürclər inkar edilir, yoxsa…? – İlahiyyatçı DANIŞDIbackend

İslamda bürclər inkar edilir, yoxsa...? - İlahiyyatçı DANIŞDI

Astronomiyaya görə bürclər göy üzündə yerləşən ulduz qruplarıdır və onların bölgüsü əsasən müşahidəni asanlaşdırmaq məqsədi daşıyır. Lakin gündəlik həyatda bürclər daha çox insanların xarakteri, taleyi və gələcəyi ilə əlaqələndirilir. Bu isə cəmiyyətdə bürclərə münasibətin birmənalı olmamasına gətirib çıxarır.

Bəs din bu məsələyə necə yanaşır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, İslamda bürclərin mövcudluğu inkar edilmir:

İlahiyyatçı: “Kərbəla faciəsini, İmam Hüseyn şəhidliyini siyasiləşdirirlər”

Onun sözlərinə görə, Quranda “Bürclər” surəsinin yer alması bu anlayışın ilahi mənbədə də qeyd olunduğunu göstərir:

“Quranda Allah bürclər sahibi olan göyə and içir. Bu, diqqət çəkmək üçündür. Bürclər ulduzların mənzilləri kimi təsvir olunur və onların mövcudluğu qəbul edilir.

İnsan kainatın bir parçasıdır və müəyyən mənada göy cisimləri ilə əlaqəsi var. Xarakter və xasiyyət məsələsində də bu cür yanaşmalar mövcuddur”.

Lakin Tural İrfan vurğulayıb ki, bu sahədə insan müdaxiləsi və qəti hökm vermək dinə uyğun hesab edilmir:

“Bəzi fikirlərə görə insanın taleyi də göy cisimləri ilə əlaqələndirilir. Amma bütün bunlar Allahın elmindədir. İnsanların bu sahəyə müdaxiləsi doğru deyil. Çünki bu cür yanaşmalar zamanla falçılığa gətirib çıxarır ki, bu da dinimizdə qadağandır.

Bürcləri ümumiyyətlə inkar etmək düzgün deyil, lakin onlardan istifadə edərək dini baxımdan yanlış nəticələr çıxarmaq da qəbuledilməzdir.

Bürclərin varlığı qəbul olunur. Amma bürclərə əsaslanaraq dinə zidd fikirlər söyləmək doğru deyil”.

Beləliklə, dini baxımdan bürclər göy cisimlərinin bir hissəsi kimi qəbul olunsa da, onların insan taleyini müəyyənləşdirdiyini iddia etmək və bu istiqamətdə qəti proqnozlar vermək İslamda məqbul sayılmır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*