İsrail “İslami Cihad”a qarşı xüsusi əməliyyat keçirib.
KONKRET.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bu məlumatı təsdiqləyib.
İsrailin sərhəd polisinin xüsusi təyinatlıları Cenində (Fələstin Muxtariyyətinin İordan çayının qərb sahilində yerləşən şəhəri) Fələstin “İslami Cihad” qruplaşmasının üzvlərini saxlamaq üçün əməliyyat keçirib. İsrail mediası İsrailin hərbi basqınının fələstinlilərlə şiddətli toqquşmaya çevrildiyini bildirib.
Əməliyyat zamanı atışma başlayıb, qruplaşmanın 9 üzvü ölüb, 16-sı yaralanıb. Xəstəxanada olan daha bir neçə fələstinlinin vəziyyəti ağırdır. Qurbanların sayı arta bilər. Bir neçə saat ərzində təkcə atəş səsləri deyil, həm də partlayış səsləri eşidilib.
İsrail əməliyyatı qruplaşmanın terror aktları törətmək planları barədə məlumat aldıqdan sonra başlayıb. Məlumat təsdiqlənən kimi həbsləri həyata keçirmək üçün İsrail təhlükəsizlik qüvvələri göndərilib.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti ənənəvi olaraq bu məlumatı şərh etməyib. İlkin məlumatlara görə, İsrail tərəfindən itki yoxdur.
Ərəb videolarına görə, fələstinlilər İsrailin pilotsuz təyyarəsini vura biliblər. Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.
Ordu mənbələri bildirir ki, hərbçilər Qəzza zolağından HƏMAS-ın mümkün cavab tədbirinə hazırlaşır və gərginliyin artması ehtimalı çox yüksəkdir.
Xuraman Etibarlı,
KONKRET.az
