İsrail mətbuatının iddiasına görə, ABŞ Prezidenti Donald Tramp Qəzzada hərbi əməliyyatların dayandırılmasını və atəşkəs istiqamətində addım atılmasını istəyib. Lakin İsrailin Baş naziri Benyamin Netanyahu bu tələbi qəbul etməyərək əməliyyatların davam etdirilməsində israr edib.
KONKRET.az xəbər verir ki, yerli medianın məlumatlarına əsasən, Tramp humanitar vəziyyətin ağırlaşması və girovların azad edilməsi üçün atəşkəsin vacib olduğunu bildirib. Netanyahu isə HƏMAS tam zərərsizləşdirilməyənə qədər hərbi əməliyyatların dayandırılmasının mümkün olmadığını vurğulayıb. Bu səbəbdən iki lider arasında fikir ayrılığı yarandığı iddia edilir.
Qeyd edək ki, bu məlumat İsrail mediasında yer alan iddialara əsaslanır və tərəflər tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
Ağagül Mürsəlov,
KONKRET.az
