İsrail o dəhşətli qanunu QƏBUL ETDİbackend

İsrail o dəhşətli qanunu QƏBUL ETDİ

İsraildə terror aktları ilə bağlı ölüm hökmünün tətbiqini nəzərdə tutan yeni hüquqi dəyişiklik qüvvəyə minib.

KONKRET.az xəbər verir ki, yerli media və rəsmi mənbələrin məlumatına görə, düzəliş İsrail Müdafiə Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, general-mayor Avi Blut tərəfindən müdafiə naziri İsrael Katzın göstərişi əsasında imzalanıb.

Yeni qaydalara əsasən, İudeya və Samariyada (İordan çayının qərb sahili) insan tələfatı ilə nəticələnən terror hücumlarını törədən şəxslər üçün hərbi məhkəmələrdə ölüm hökmü əsas cəza növü hesab olunacaq.

Yalnız “xüsusi hallar” olduqda ömürlük həbs cəzasının tətbiqinə icazə veriləcək.

Qanunun İsrail dövlətinin mövcudluğunu inkar etmək məqsədilə terror aktı törədən şəxslərə şamil olunduğu bildirilir.

Məlumata görə, yeni qaydalar HƏMAS-ın “Nuxba” bölməsinin 7 oktyabr hücumlarında iştirak edən üzvlərinə aid edilməyəcək.

Onlarla bağlı ayrıca qanunvericilik mexanizmi tətbiq olunur. İsrailin müdafiə naziri İsrael Katz məsələ ilə bağlı açıqlamasında terrorçuların “ən yüksək bədəli ödəyəcəyini” bildirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*