İsrail Qəzzanı mühasirəyə aldı – Fələstinlilər cənuba qaçırbackend

İsrail Qəzzanı mühasirəyə aldı - Fələstinlilər cənuba qaçır

İsrailin müdafiə naziri Yoav Gallant Misir sərhədində yerləşən məntəqələrdə hərbi əməliyyatları davam etdirəcəklərini açıqlayıb.

KONKRET.az xəbər verir ki, 7 oktyabr hadisələrindən sonra Qəzzanın şimalında bombardmanlar və hərbi əməliyyatlar həyata keçirən İsrail mülki vətəndaşları təhlükəsiz bölgə elan etdikləri cənuba istiqamətləndirib və bu bölgələrə təxliyə dəhlizləri açıb. Təhlükəsiz bölgələrə getmək üçün didərgin düşən fələstinli dinc sakinlər şimaldan cənuba doğru Rəfah şəhəri və ətraflarında məskunlaşıblar.

İsrailin müdafiə naziri Yoav Gallant ötən gecə Rəfah istiqamətində irəliləyəcəklərini açıqlayıb. Gallant açıqlamasında deyib:

“HƏMAS təşkilatının Xan Yunus Briqadası ləğv edilib, biz oradakı missiyanı tamamlayıb Rəfaha doğru irəliləyəcəyik. Birliklərimizin HƏMAS hədəflərinə endirdiyi zərbələr bizi məqsədimizə daha da yaxınlaşdırır. Biz sona qədər davam edəcəyik, başqa yolumuz yoxdur”.

Birləşmiş Millətlər Təşkilatının insan haqları ofisi isə Rəfah bölgəsində 1 milyon 300 min mülki vətəndaşın çıxılmaz vəziyyətdə yaşadığına diqqət çəkib. Təşkilat bu hücumun ağır nəticələrlə və fəlakətlə nəticələnəcəyi barədə xəbərdarlıq edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*