İsrail rəsmiləri: “Amerikanın yardımı olmadan da İranla mübarizəyə hazırıq”backend

İsrail rəsmiləri: "Amerikanın yardımı olmadan da İranla mübarizəyə hazırıq"

İsrail rəsmiləri Amerikanın İranla natamam atom razılaşmasına mümkün yanaşmasının nəticələri barədə xəbərdarlıq edərək vurğulayıblar ki, İsrail hətta, Amerikanın köməyi olmadan da, İranın təhdidləri ilə mübarizə apara bilər.

KONKRET.az xəbər verir ki, İsrail Parlamentinin Xarici Əlaqələr və Müdafiə Komitəsinin rəhbəri ölkəsinin “103 FM” radiosuna açıqlamasında qeyd edib ki, İsrail Amerikanın dəstəyi olmadan belə, İrana qarşı əməliyyat keçirməyə qadirdir. Onun sözlərinə görə, İsrail ordusu lazım gələrsə, İran qarşısında bu ölkənin atom proqramını dayandırmaq üçün özünün müxtəlif güclərindən istifadə edəcək. İsrailin Bəhreyndəki səfirliyinin siyasi müşaviri İtay Tagner də “Axios”a açıqlamasında qeyd edib ki, İsrailin bölgədə artmaqda olan tərəfdaşlığı İranı gecələr yatmağa qoymur. “İranlılar Suriyada və Livanda bizə qarşı cəbhə açıblar. Ancaq indi Körfəzə tərəf baxdıqlarında bizi orada müttəfiqlərimizlə görürlər”, – deyə o vurğulayıb.

Azad İran

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*