İsrailin Qəzzaya hücumlar zamanı Federal İnkişaf Agentliyinin binasını hədəf seçməsinə Belçikadan sərt reaksiya gəlib.
KONKRET.az xəbər verir ki, Belçika xarici işlər naziri Hadja Lahbib Qəzzada Belçika Federal İnkişaf Agentliyinə aid binanın tamamilə dağıdıldığını bildirib.
Lahbib X sosial media hesabındakı paylaşımında İsrailin Brüsseldəki səfiri İdit Rosenzvayq-Abunun Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib.
“Mülki binaların hədəf alınması qəbuledilməzdir”, – deyə XİN rəhbəri səfirə etirazını bildirib.
Vəli Həsənov,
KONKRET.az
