İsrailin şimal-qərbində yerləşən Netaniya şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Bildirilib ki, helikopterdə yalnız pilot olub. Hadisə yerinə gələn həkimlər ona köməklik göstərməyə çalışsalar da, pilot aldığı xəsarətlərdən keçinib.
Hadisənin səbəbləri barədə hələ məlumat verilməyib.
