İsraildə terror aktı törədildi – Ölənlər və yaralananlar varbackend

İsraildə terror aktı törədildi - Ölənlər və yaralananlar var

Naməlum şəxslər İsrailin Hadera şəhərinin Herbert Samuel küçəsində iki yerli sakini odlu silahdan atəş açaraq öldürüblər.

Bu barədə KONKRET.az “News.israelinfo”ya istinadən xəbər verir.

Hadisə terror aktı kimi təsnif edilib, şəhərə bütün girişlər bağlanıb – polis terrorçuları hadisə yerinə çatdıran avtomobili axtarır.

Məlumata görə, hadisədə 5 zərərçəkənə yerindəcə tibbi yardım göstərilib. Onlardan 3-ü orta ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Sonradan məlum olub ki, daha iki nəfər xəsarət alıb, onların vəziyyəti ağırdır.

Yaralıların hamısı ətrafdakılardır, terror aktının ilk qurbanları polis əməkdaşları olub.

Terrorçular təhlükəsizlik xidmətinin yaxınlıqda olan mülki geyimli komandoları tərəfindən güllələnib. “Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*