İsraildə yeni hökumətin formalaşdırılacağı tarix AÇIQLANDIbackend

İsraildə yeni hökumətin formalaşdırılacağı tarix AÇIQLANDI

İsraildə keçirilən parlament seçkilərində qalib gələn “Likud” Partiyasının lideri Benyamin Netanyahu hökuməti formalaşdırmaq üçün rəsmi mandatı noyabrın 13-də alacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Bildirilib ki, ölkənin Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrini təsdiqləyib.

Qanuna əsasən, Netanyahu dekabrın 10-dək yeni Nazirlər Kabinetini formalaşdırmalıdır.

Qeyd edək ki, noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində sağçı “Likud” Partiyası birinci, hazırkı Baş nazir Yair Lapidin “Yeş Atid” Partiyası isə ikinci yeri tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*