İsrailin müdafiə naziri: “Trampın İrana təzyiqi “Hizbullah”ı çökməkdən xilas etdi”backend

İsrailin müdafiə naziri: "Trampın İrana təzyiqi "Hizbullah"ı çökməkdən xilas etdi"

İsrailin müdafiə naziri İsrail Katc ABŞ prezidenti Donald Trampın İran və Livan məsələlərini bir-birinə bağlamasının regional dinamikaya, xüsusilə də “Hizbullah”ın aqibətinə birbaşa təsir etdiyini bildirib. Nazirin sözlərinə görə, əgər bu iki cəbhə ABŞ-nin tələbi ilə birbaşa əlaqələndirilməsəydi, “Hizbullah” çoxdan çökəcəkdi.

KONKRET.az xəbər verir ki, Katc bu barədə İsrail mediasına verdiyi açıqlamada bəzi gizli məqamlara toxunub. O, qeyd edib ki, Tramp İran və Livanı “bir düyündə” birləşdirdikdən sonra İsrail Beyrutdakı binaların dağıdılmasını dayandırmalı olub. Nazir, “Bu əlaqənin yaranmasına görə təəssüf edirəm, amma bu, Amerika marağı idi. Onlar İranla danışıqlar imkanlarını irəlilətməyi çox istəyirdilər”, — deyə bildirib.

Nazir vurğulayıb ki, ABŞ-nin bu strategiyası olmasaydı, “Hizbullah”ın çöküşü qaçılmaz olacaqdı. Onun fikrincə, ABŞ ilə tərəfdaşlığın üstünlükləri olsa da, bu cür məhdudiyyətlərlə də müşayiət olunur. Katc onu da əlavə edib ki, İsrailin “Hizbullah” zərərsizləşdirilməyənə qədər Cənubi Livandan və təhlükəsizlik zonasından geri çəkilmək niyyəti yoxdur və hərbçilərə bu mövqeləri qorumaq üçün uzunmüddətli tapşırıqlar verilib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*