İşsizlikdən sığorta ödənişi alanların NƏZƏRİNƏ! – Bu müddət LƏĞV EDİLDİbackend

İşsizlikdən sığorta ödənişi alanların NƏZƏRİNƏ! - Bu müddət LƏĞV EDİLDİ

Azərbaycanda işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsi genişləndiriləcək.

KONKRET.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda deputatların müzakirəsinə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi nəzərdə tutulub.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Xatırladaq ki, dəyişiklik layihəsi “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycanın 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1233 nömrəli Fərmanının icrası çərçivəsində hazırlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*