İstanbulda baş verən zəlzələ panikaya səbəb olubbackend

İstanbulda baş verən zəlzələ panikaya səbəb olub 

Bu gün İstanbulda zəlzələ baş verib.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təkan yerli vaxtla saat 16.37-də baş verib.

Qeyd olunub ki, zəlzələnin episentri Mərmərə dənizinin Silvri sahillərində 10 kilometr dərinlikdə olub.

Yeralti təkanlar İstanbulun mərkəzi hissəsində və ətraf bölgələrdə də hiss edilib.

Ölkənin Fövqəladə Hallar Nazirliyi dağıntı və tələfatın olmadığını bəyan edib.

Zəlzələ nəticəsində xəsarət alanlar olmasa da yeraltı təkanlar əhali arasında panikaya səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*