İstanbuldakı bina bu səbəbdən çökdü – Fotolarbackend

İstanbuldakı bina bu səbəbdən çökdü - Fotolar

İstanbulun Bahçelievlər rayonunda 7 mərtəbəli binanın çökməsinin səbəbi açıqlanıb.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəzalı vəziyyətinə görə bir ay əvvəldən boşaldılan binanın daxili armaturlarının söküldüyü məlum olub. Bahçelievlər bələdiyyə sədri Hakan Bahadırın sözlərinə görə, sökülən armaturlar isə satılıb. Bundan başqa, binanın 2 mərtəbəsi qanunsuz yolla sonradan artırılıb. Uçqun zamanı yaxınlıqdakı avtomobillərə və binalara da ziyan dəyib. Təhlükəsizlik məqsədilə digər binalar da boşaldılıb.

Uçqun zamanı dağıntılar altında bir nəfərin qaldığı ehtimal edilir. Şahidlərin sözlərinə görə, kağız toplayan şəxs binaya daxil olarkən uçqun baş verib. Digər şahidlər isə həmin şəxsin hadisədən bir neçə saniyə əvvəl binadan çıxdığını iddia edirlər. Bütün bu ehtimallar səbəbindən hadisə yeridnə xüsusi təlim keçmiş itlərin yardımı ilə axtarış işləri aparılır.

Bakırköy Cümhuriyyət Baş Prokurorluğu binanın çökməsi ilə əlaqədar istintaqa başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*