“İstədiyimiz silahları versələr, müharibəni tez bitirəcəyik” – Dmitri Qordonbackend

“İstədiyimiz silahları versələr, müharibəni tez bitirəcəyik” - Dmitri Qordon

“Bu il Krım körpüsünün fəaliyyətinə son qoyulacaq”.

KONKRET.az xəbər verir ki, bunu tanınmış ukraynalı jurnalist Dmitri Qordon Latviyanın “24 tv” telekanalına müsahibəsində deyib.

“Mən Ukrayna Hərbi Dəniz Qüvvələrinin admiralı Aleksey Neijpapa ilə danışdım. İki ildir vətəninin qan içində boğulduğunu vurğulayan D.Qordon göstərilən hərbi yardıma görə Qərb ölkələrinə minnətdarlığını bildirib, eyni zamanda  müharibənin uzadılmasına görə onları ittiham edib.

Onun sözlərinə görə, Qərbin böyük siyasətçiləri həm Ukraynanın, həm də Rusiyanın uduzmasını istəmirlər, amma müharibədə bu, qeyri-mümkündür:

“Kimsə uduzmalıdır. Təəssüf ki, Qərb “ikili standartlar”la müharibənin bitməsinə imkan vermir. Biz bunu bitirə bilərik. Mən generallarla danışıram. Deyirlər ki, istədiyimiz silahları versələr, müharibəni tez bitirəcəyik”.

Jurnalist hesab edir ki, Rusiyanın bütün neft və qaz sənayesinin bombalanması müharibənin sürətlə bitməsi ilə nəticələnəcək. “Biz Rusiyanın mülki əhalisini vurmaq üçün silah tələb etmirik. Biz onlar kimi barbar, vəhşi deyilik. Bizə silah vermələrini xahiş edirik. Krımın bütün hərbi hissəsini “ütüləsək”, sakitliklə yarımadaya daxil olacağıq”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*