İstilik mövsümünə daha tez başlanılan rayonların yeni siyahısıbackend

İstilik mövsümünə daha tez başlanılan rayonların yeni siyahısı

Azərbaycanda 26 şəhər və rayon noyabrın 1-dən mərkəzləşdirilmiş istilik ilə təchiz olunub.

KONKRET.az xəbər verir ki, Nazirlər Kabinetinin 2026-cı il 4 may tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən iqlim şəraiti fərqli olan 26 rayon və şəhərdə istilik mövsümünün noyabrın 1-dən, Bakıda və digər ərazilərdə isə noyabrın 15-dən başlanması nəzərdə tutulub.

Bunu AZƏRTAC-a müsahibəsi zamanı “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.

1 noyabr – 1 may tarixlərində istilik verilməsi nəzərdə tutulan ərazilərin siyahısı:

1. Ağsu rayonu

2. Ağstafa rayonu

3. Balakən rayonu

4. Daşkəsən rayonu

5. Gədəbəy rayonu

6. Xaçmaz rayonu

7. Xankəndi şəhəri

8. İsmayıllı rayonu

9. Kəlbəcər rayonu

10. Qax rayonu

11. Qazax rayonu

12. Qəbələ rayonu

13. Quba rayonu

14. Qusar rayonu

15. Laçın rayonu

16. Lerik rayonu

17. Naxçıvan Muxtar Respublikası

18. Oğuz rayonu

19. Siyəzən rayonu

20. Şamaxı rayonu

21. Şabran rayonu

22. Şəki şəhəri

23. Şuşa rayonu

24. Tovuz rayonu

25. Yardımlı rayonu

26. Zaqatala rayonu

Xatırladaq ki, əvvəlki illərdə 9 rayonda noyabrın 1-dən istilik verilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*