İstirahət günü karantini pozanların sayı AÇIQLANDIbackend

İstirahət günü karantini pozanların sayı AÇIQLANDI

Respublika Dövlət Yol Polisi İdarəsi mayın 3-də, bazar günü xüsusi karantin rejimi qaydalarını pozanların sayını açıqlayıb.

KONKRET.az xəbər verir ki, xüsusi karantin rejiminin pozulmasına görə 3 may saat 00:00-dan mayın 4-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1049 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47477 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, mayın 2-də karantin qaydasını pozan 694 nəfər cərimə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*