“İsveç, Finlandiya və Türkiyə arasında NATO-ya üzvlüklə bağlı danışıqlar martda bərpa olunacaq”.
KONKRET.az xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson “STV” telekanalına bildirib.

Onun sözlərinə görə, tərəflər bunu təsdiqləyiblər.
Kristersson danışıqların dəqiq tarixini açıqlamayıb.
Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün müraciət edib. Türkiyə əvvəlcə alyansın genişlənməsinə qarşı çıxıb və bu ölkələri terrorçulara sığınacaq verməkdə ittiham edib. Ankara daha sonra bir sıra şərtlərlə NATO-nun genişlənməsinə razılıq verib. Lakin Stokholmda Quranın yandırılması ilə bağlı aksiya fonunda İsveçlə bağlı qərar dayanıb.
İqbal Rzayev,
KONKRET.az
