İsveç hökumətinin icazəsi ilə radikal Paludan Türkiyə səfirliyinin qarşısında Quranı YANDIRDIbackend

İsveç hökumətinin icazəsi ilə radikal Paludan Türkiyə səfirliyinin qarşısında Quranı YANDIRDI

İsveç radikal Paludana Türkiyə səfirliyinin qarşısında Quranı yandırmağa icazə verib.

KONKRET.az xəbər verir ki, Danimarkalı-İsveçli sağçı ekstremist Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quran yandırmaq üçün nümayiş keçirmək üçün polisdən icazə alıb.

Paludan yanvarın 21-i Türkiyənin Stokholmdakı səfirliyi qarşısında keçirilən nümayiş zamanı Quranı yandırıb.

İsveç mediası Rasmus Paludanın Türkiyə Prezidentini tənqid etdiyini, daha sonra isə müsəlmanların müqəddəs kitabını yandırdığını yazır.

Nümayiş Djurgårdenin şimalında, Stokholmdakı Diplomatstadendə saat 14:00-da başlayıb. Günortadan sonra onlarla insan, media nümayəndələri hadisə yerinə gəlib və polis ərazini mühasirəyə alıb.

Öz növbəsində İsveçin xarici işlər naziri Tobias Bilström Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılması ilə planlaşdırılan nümayişin qadağan edilməsini “doğru hesab etmir”.

Rəsmiyə görə, onun nümayişlərə qadağa qoyulmasından danışması “son dərəcə yersiz” olardı.

“Ölkədə belə nümayişlərin keçirilə bilməsi İsveç demokratiyasının bir hissəsidir”, – deyə XİN rəhbəri izah edib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*