İsveç və Finlandiyanın NATO üzvlüyünə veto qoyula bilərbackend

İsveç və Finlandiyanın NATO üzvlüyünə veto qoyula bilər

“Əgər məsələ prezidentlər səviyyəsində həll olunarsa, Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı veto hüququndan istifadə edəcəyəm”.

KONKRET.az xəbər verir ki, bunu Xorvatiya Prezidenti Zoran Milanoviç bildirib.

Milanoviç NATO-nun Madriddə keçiriləcək sammitində veto hüququndan istifadə edərək, bu niyyətini gerçəkləşdirmək istəyir.

Bundan əvvəl Xorvatiya Prezidenti Balkanlardakı problemlərin həlli üçün alyansın genişləndirilməsinin əleyhinə olduğunu bəyan edib.

Qeyd edək ki, NATO sammiti iyunun 28-30-da Madriddə keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*