İsveçrənin hava məkanı bağlanıb.
KONKRET.az xarici mediaya istindən xəbər verir ki, buna səbəb hava hərəkətinə nəzarət sistemində kompüter nasazlığının yaranması olub.
“İsveçrənin hava naviqasiya xidməti provayderi Skyguide-də bu gün səhər saatlarında texniki nasazlıq yaranıb. Nəticədə İsveçrənin hava məkanı təhlükəsizlik məqsədilə nəqliyyatın hərəkətinə bağlanıb”,- məlumatda bildirilib.
Qeyd edilib ki, qərar növbəti bildirişə qədər qüvvədə qalacaq.
Sürix hava limanının sözçüsü uçuşların dayandırıldığını, Cenevrə hava limanı isə yerli vaxtla saat 08:00-dan əvvəl hava hərəkətini bərpa etməyəcəyini açıqlayıb.
İqbal Rzayev,
KONKRET.az
