İtaliya voleybol yığması dördqat dünya çempionu oldubackend

İtaliya voleybol yığması dördqat dünya çempionu oldu

Polşa və Sloveniyada kişi voleybolçular arasında keçirilən dünya çempionatının qalibi müəyyənləşib.

“Report”un məlumatına görə, bu titulu İtaliya milli komandası tarixində 4-cü dəfə qazanıb.

Ferdinando de Corcinin baş məşqçi olduğu kollektivin həlledici görüşdə rəqibi Polşa yığması olub. Katovitse şəhərindəki “Spodek” salonunda təşkil olunmuş qarşılaşmanın ilk setindən meydan sahibləri üstün ayrılıb – 25:22. Lakin sonrakı setlərdə İtaliya millisi 25:21, 25:18 və 25:20 hesablı qələbələr qazanaraq, 24 ildən sonra dünya çempionu olmağı bacarıb. Bu komanda ilk 3 “qızıl”ını 1990, 1994 və 1998-ci illərdə əldə edib.

Bürünc medalı isə 3-cü yer uğrunda görüşdə Sloveniyanı 3:1 (25:18, 25:18, 22:25, 25:18) hesabı ilə yenən Braziliya qazanıb. Cənubi amerikalılar ardıcıl 6-cı mundialın medalını əldə edib.

Qeyd edək ki, dünya çempionatının ən məhsuldar oyunçusu Braziliya yığmasının üzvü Yoandi Leal İdalqo olub. O, 123 xal toplayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*