İtaliyada 1 avroya  evlər satışa çıxarıldı – Amma bir şərtlə…backend

İtaliyada 1 avroya evlər satışa çıxarıldı - Amma bir şərtlə...

İtaliyada koronavirus pandemiyasının böyük ziyan vurduğu daşınmaz əmlak bazarını canlandırmaq üçün maraqlı qərar verilib.

KONKRET.az xəbər verir ki, ölkənin cənubundakı Kalabriya vilayətinin Çinkuefrondi qəsəbəsində tərk edilmiş evlər 1 avroya satışa çıxarılıb.

Qəsəbənin canlandırılması ilə bağlı bu plan “Gözəllik əməliyyatı” adını alıb.

Evləri almaq istəyən şəxslərə yalnız bir tələb irəli sürülür. Belə ki, onlar alınan evi 3 il ərzində təmir etdirməlidir.

Xatırladaq ki, bu ilin yanvarında İtaliyanın Kampaniya vilayətinin Bizaçça qəsəbəsində tərk edilmiş evlər 1 avroya satışa çıxarılmışdı.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*