İtaliyalı qadınlar saçlarını kəsərək İran səfirliyinə göndərir.
KONKRET.az “Azad İran”a istinadla bildirir ki, İtaliyanın “Leine” televiziya proqramı İran hökumətinin qadınlara qarşı siyasətinə etiraz olaraq aksiyaya çağırış edib.
Televiziya proqramı qadınlardan saçlarının bir telini kəsib zərfə qoyaraq İslam Respublikasının Romadakı səfirliyinə göndərmələrini və daha sonra videolarını “Qadın, həyat, azadlıq” həştəqi ilə dərc etmələrini istəyib.
Həmin görüntüləri təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
