İti vurmaq istədi, güllə uşağa dəydi – Rusiyadabackend

İti vurmaq istədi, güllə uşağa dəydi - Rusiyada

Rusiyanın Kabarda-Balkariya Respublikasında itə atəş açmaq istəyən şəxs güllə ilə 7 yaşlı qızı başından vurub.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, insident Zolukokoaj kəndində baş verib. Ov tüfəngi ilə iti öldürmək istəyən kənd sakininin atdığı güllə azyaşlıya dəyib. Əməliyyat olunan uşağın başından 7,62 mm kalibr güllə çıxarılıb.

Hadisəyə səbəb olan şəxs isə itə deyil, havaya atəş açdığını iddia edib. Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*