Quba rayonunda itkin düşən qız tapılıb.
KONKRET.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, Quba rayon sakini Aslan İslamov gecə saatlarında rayon polis şöbəsinə müraciət edərək 3 uyaşlı qızı Ayla İslamlının yaşadıqları evin həyətindən çıxaraq itkin düşməsi barədə məlumat verib.
Məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları dərhal rayon ərazisində axtarışlara başlayıblar. Nəticədə itkin düşən üç yaşlı qız qısa müddətdə tapılaraq ailəsinə təhvil verilib.
Modern.az
