Xankəndi dəmir yolu vağzalının işə salınması gündəmə gətirilir
Bu məqsədlə xüsusi komissiya bu gün səhər saatlarında Stepanakert (Xankəndi-red) dəmir yol vağzalına baş çəkib. Dəmir yol vağzalı 30 ildən artıq müddətdir ki, fəaliyyətini dayandırıb. Ona görə də vağzal tamamilə yararsız vəziyyət düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, “Təxminən 30 ildən sonra ilk dəfə Stepanakert əsas dəmir yolu stansiyasına keçid blokdan çıxarıldı. Əvvəllər bu stansiya Stepanakerti Moskva və Bakı kimi şəhərlərlə birləşdirirdi. Amma indi bina demək olar ki, tamamilə dağılıb. Lakin istifadə edilməsi mümkünsüz deyil”.
Surxay Atakişiyev,
KONKRET.az
