Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus komandanın ulduz futbolçusu Kristiano Ronaldonun qalmaqallı bəyanatına münasibət bildirib.
Axar.az Offsideplus.az-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun açıqlamasına olduqca qısa və təmkinli cavab verib.
“Mən həmin bəyanatı oxudum. İndi isə hər gün etdiyim kimi Federasiyanın mənzil-qərargahına gedib işimlə məşğul olacaq, Portuqaliya millisinin gələcəyi haqqında düşünəcəyəm. Deyəcək başqa heç bir sözüm yoxdur”, – baş məşqçi vurğulayıb.
