“Jurnalistin reportajı göstərdi ki, düşmənin ordusunda Fransa vətəndaşları olan muzdlular döyüşür”backend

"Jurnalistin reportajı göstərdi ki, düşmənin ordusunda Fransa vətəndaşları olan muzdlular döyüşür" - Hikmət Hacıyev

“Jurnalistin reportajı onu göstərir ki, əslən erməni olan Fransa vətəndaşları Ermənistan silahlı qüvvələrinin sıralarında muzdlu yaraqlı olaraq Azərbaycan hərbçiləri və dinc sakinlərinə hücum edirlər”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter”də yazıb.

“Azərbaycanı ittiham etmək yerinə, biz ölkələri öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırırıq”, – o qeyd edib.

Xatırladaq ki, bu gün Ermənistan XİN işğal altındakı Dağlıq Qarabağ bölgəsinə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün ezam olunmuş “Novaya Qazeta”nın əməkdaşı İlya Azara verdiyi akkreditasiyanı ləğv edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*