Jurnalistlərin telefonla çəkiliş aparması QADAĞAN OLUNDU – Bu ölkədəbackend

Jurnalistlərin telefonla çəkiliş aparması QADAĞAN OLUNDU - Bu ölkədə

İranın Amerika bazalarına raket və PUA zərbələri endirdiyini bəyan etməsindən sonra İordaniya və Birləşmiş Ərəb Əmirlikləri baş verənlərin işıqlandırılmasına ciddi məhdudiyyətlər tətbiq ediblər.

KONKRET.az xəbər verir ki, BBC-nin müxbiri Nafiseh Konavardın məlumatına görə, İordaniya və BƏƏ tərəfindən tətbiq edilən sərt senzura dəyən ziyanın müstəqil şəkildə yoxlanılmasını əhəmiyyətli dərəcədə çətinləşdirib.

Onun sözlərinə görə, ehtimal olunan düşmə nöqtələrinin çəkilməsi, hətta jurnalistlər tərəfindən həyata keçirildiyi təqdirdə belə, cinayət kimi qiymətləndirilə bilər. Bundan əlavə, İordaniyada BBC komandasının istifadə etməsinə icazə verilən avadanlıqlar möhürlənib, jurnalistlər isə telefonla çəkiliş aparmamaq barədə xəbərdar ediliblər.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*