Çeçenistan rəhbəri Ramzan Kadırov oğullarını Ukraynaya qarşı müharibəyə göndərəcəyinə söz verib.
KONKRET.az xəbər verir ki, bu barədə Kadırov videonu Telegram-da yerləşdirib. Çeçenistan rəhbərinin üç oğlu var və ən böyüyünün 16 yaşı var.
Kadırov deyib ki, oğulları Əhməd, Əli və Adəm tezliklə Ukraynaya qarşı müharibədə iştirak edəcək və təmas xəttinin ən çətin hissələrində olacaqlar.
Videoda Çeçenistan liderinin 14, 15 və 16 yaşlı oğulları hərbi təlim keçirlər.
“Əhməd, Əli və Adəm öz bacarıqlarını tətbiq etməyə hazırdırlar. Mən zarafat etmirəm. Özlərini əsl döyüşdə göstərmək vaxtıdır və mən yalnız onların istəklərini alqışlayıram. Tezliklə onlar cəbhə xəttinə gedəcək və toqquşmanın ən çətin bölgələrində döyüşlərdə olacaqlar”, – deyə Kadırov bildirib.
Xuraman Etibarlı,
KONKRET.az

Bu nə qədər əqidəsini, ləyaqətinin itirmişin biridir. Gec-tez sənin öz qulaqların kəsiləcək.