Kadırov Putinə Zelenskini məhv edəcəyinə SÖZ VERİB – Danilovbackend

Kadırov Putinə Zelenskini məhv edəcəyinə SÖZ VERİB - Danilov

Kadırov Putinə Zelenskini məhv edəcəyinə söz verib.

KONKRET.az xəbər verir ki, bunu Radio NV-yə müsahibəsində Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

MTMŞ katibi deyir ki, Çeçenistan Respublikasının lideri fevralın 3-də Rusiya Prezidenti ilə görüşdə bu əməliyyatın planını alıb.

Çeçenistan lideri Ramzan Kadırov Ukraynaya işğalı planlaşdırarkən Vladimir Putinə Ukrayna Prezidenti Volodimir Zelenskini məhv edəcəyinə söz verib.

  • “Yüksək rəhbərliyin məhvi ilə bağlı plan fevralın 3-də Putinlə görüş zamanı Kadırov tərəfindən qəbul edilib. Bu görüşdə bizim prezidentin məhvi planı razılaşdırılıb və Kadırov onun qrupunun bunu edəcəyi ilə bağlı öhdəlik götürüb”, – Danilov deyib.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi bildirib ki, Ukrayna kəşfiyyatı bu prosesləri nəzarətdə saxlayıb.

  • “Fevralın 26-da ölkəmizin ərazisinə daxil olan 3 qrup var idi. Fevralın 24-də yox, çünki iki gün gözlədilər ki, paytaxtın mərkəzi məhəlləsinə yaşıl dəhliz verilsin. Biz bu üç qrupun hamısını izlədik. Onlardan biri hərbçilərimiz tərəfindən məhv edilib. Bundan sonra ikisi ölkəmizin ərazisini tərk edib. Biri bu gün Donetsk vilayətinin ərazisində, digəri isə Mariupol şəhərinin ərazisindədi. Onlar ön sıralarda getmirlər, üçüncü və ya dördüncü eşelonda gedirlər, çünki ora tamamilə təhlükəsizdir”, – deyə Danilov yekunlaşdırıb.

Bundan əvvəl Mixail Podolyak bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski artıq onun həyatına 10-dan çox cəhddən sağ çıxıb.

Ukrayna kəşfiyyatının məlumatına görə, martın 20-də Vaqner-ın sahibi Yevgeni Priqojinlə əlaqəli silahlıların növbətçi qrupları Ukraynaya gəlməyə başlayıb. Vaqnerçilərin əsas vəzifəsi Ukraynanın ali hərbi-siyasi rəhbərliyini məhv etməkdir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*