Kadırova sanksiya tətbiq edildibackend

Kadırova sanksiya tətbiq edildi

Ukraynada davam edən müharibə ilə əlaqədar Yeni Zelandiya 19 Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

KONKRET.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Mahuta bildirib.

“Ukrayna açıq şəkildə bəyan edir ki, bu münaqişədə onlara ən mühüm köməyimiz sanksiyaları davam etdirməklə ola bilər”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, sanksiya siyahısında Çeçenistan lideri Ramzan Kadırovun da adı yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*