Sabirabadda sürücü yük maşınını arxaya sürərkən arvadını vurub.
KONKRET.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Qaralar kəndində qeydə alınıb.
İlkin məlumata görə, sürücü idarə etdiyi “Kamaz” markalı yük maşınını arxaya sürərkən arvadı, 1977-ci il təvəllüdlü Nuriyeva Həbibə Böyükağa qızını vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Başından ağır tramvalar alan qadının Bakıya göndəriləcəyi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.
