Kanada parlamentinin işçiləri təhlükə ilə əlaqədar təxliyə edildibackend

Kanada parlamentinin işçiləri təhlükə ilə əlaqədar təxliyə edildi

Kanada parlamenti binasının işçiləri açıqlanmayan mümkün təhlükə səbəbindən təxliyə edilib.

KONKRET.az xəbər verir ki, bu barədə parlamentin təhlükəsizlik xidmətinin məlumatında deyilir.

“Bu gün (11 iyun – red) parlamentin təhlükəsizlik xidməti fövqəladə bildiriş sistemi vasitəsilə mümkün təhlükə ilə əlaqədar davam edən əməliyyat barədə bütün parlament üzvlərinə və onun əməkdaşlarına xəbərdarlıq göndərib”, – xəbərdə qeyd olunur.

Parlament binasındakı bütün insanların təhlükəsiz yerə təxliyə edildiyi vurğulanır.

Ottava polisi tviterdə bildirib ki, hüquq-mühafizə orqanları hazırda açıqlanmayan “şübhəli insident”lə əlaqədar şəhərin mərkəzində əməliyyat keçirir. Bununla bağlı polis bir neçə küçəni bağlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*