Kanadadan ermənilərə ZƏRBƏ: “Azərbaycanın ərazi bütövlüyünə hörmət edirik” – VİDEObackend

Kanadadan ermənilərə ZƏRBƏ: "Azərbaycanın ərazi bütövlüyünə hörmət edirik" - VİDEO

Kanada parlamentində Laçın yolundakı vəziyyətlə bağlı dinləmələr başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Turan” məlumat yayıb. Kanadanın erməni diasporu Azərbaycanın hərəkətlərini pisləmək üçün Laçın yolunda yaranmış vəziyyətlə bağlı ölkə parlamentində müzakirəyə başlayıb.

Kanadanın xarici işlər nazirinin katibi Robert Olifant Parlamentin Beynəlxalq Əlaqələr Komitəsində keçirilən dinləmələrdə çıxış edib.

Üç dinləmənin birincisində Olifant bəyan edib ki, Kanada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyır və onun ərazisində qeyri-legitim qurumları tanımır.

O, mövcud vəziyyətin uzunmüddətli münaqişənin tərkib hissəsi olduğunu nəzərə almağa çağırıb və bildirib ki, problemə kontekstdə baxılmalıdır.

Eyni zamanda, Olifant Laçın yolunda baş verənləri humanitar fəlakət və blokada adlandırmazdan əvvəl araşdırmağın vacibliyini qeyd edib.

Dinləmələrdə erməni və Azərbaycan diasporlarının nümayəndələri də çıxış ediblər.

Ermənistan nümayəndəsinin spikeri vəziyyəti anlamamaqda ittiham etmək cəhdləri debat sədri tərəfindən dayandırılıb.

Nümayəndə Şahen Marukyan vəziyyəti dəyərləndirmək üçün Kanada nümayəndəsinin Laçın dəhlizində olub-olmadığını soruşaraq Robert Olifantın çıxışını kəsməyə cəhd edib.

Parlament üzvü Hedi Fray Marukyanı parlamentə və onun prosedur qaydalarına hörmət etməyə çağırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*