Karantinə etiraz: “Ölsə də, mənim uşağımdır, sənə nə?!”backend

Karantinə etiraz: “Ölsə də, mənim uşağımdır, sənə nə?!” 

Türkiyə koronavirusa yoluxanların sayına görə liderlər qrupunda yer alıb. Qardaş ölkədə karantin rejimi getdikcə sərtləşdirilir.

KONKRET.az xəbər verir ki, Türkiyənin Kahramanmaraş şəhərində vətəndaşlardan biri küçədə polisə qəribə şəkildə etiraz edib. 10 yaşlı oğlu ilə saxlanılan kişi asayiş keşikçisinə sərt reaksiya göstərib. Polis, heç olmasa, uşağı fikirləşmək lazım gəldiyini deyəndə vətəndaş gözlənilməz ifadə işlədib: “Ölsə də, mənim uşağımdır, sənə nə?!”

Türkiyənin ən çox insan yaşayan şəhərində – İstanbulda daha bir neçə prospektdə hərəkət məhdudiyyəti tətbiq olunub. Şəhərlərarası nəqliyyat əlaqəsi hər gün daha da azaldılır. Türkiyə Səhiyyə Nazirliyi Avropanın bəzi ölkələrinin taleyini yaşamamaq üçün vətəndaşlara gün ərzində dəfələrlə xəbərdarlıq edir.

Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*