Çinin şimalındakı Daxili Monqolustan Muxtar bölgəsində karxananın çökməsi nəticəsində azı 57 nəfər itkin düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, uçqun Alaşan vilayətində baş verib.
Hadisə yerinə 200-ə yaxın xilasedici və təcili yardım xidməti cəlb edilib.
Xilasetmə əməliyyatı davam edir.
İqbal Rzayev,
KONKRET.az
