Kasperskaya XƏBƏRDARLIQ ETDİ: “Rusiyada bütün smartfonlar söndürülə bilər” – VİDEObackend

Kasperskaya XƏBƏRDARLIQ ETDİ: "Rusiyada bütün smartfonlar söndürülə bilər" - VİDEO

“Rusiyada bütün smartfonlar söndürülə bilər”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Yerli Proqram Məhsullarının Yaradıcıları Assosiasiyasının sədri Natalya Kasperskaya deyib. O etiraf edib ki, Rusiyada onlar bütün smartfonları söndürə bilərlər.

“Qərb şirkətləri Android mobil əməliyyat sistemində işləyən cihazları söndürmək üçün texniki imkanlara malikdir.

Bizim üçün təkcə iPhone-lar deyil, Android-lə işləyən bütün hər şey bizim üçün söndürülə bilər. Heç də sevinməyin! Rusiya Federasiyasının ərazisindəki bütün smartfonlar hipotetik olaraq söndürülə bilər.

Bu, haqqında danışdığımız təhlükələrdən biridir. Bu, sadəcə kibermüharibədir!”, – deyə Kasperskaya bildirib.

Kasperskaya əlavə edib ki, Alternativ ünsiyyət üsullarına – düyməli telefonlara, elektron poçta keçmək imkanı həmişə var”.

Daha ətraflı videoda:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*