Kazanda Məsud Pezeşkian İsraili hədələdibackend

Kazanda Məsud Pezeşkian İsraili hədələdi

İran prezidenti Məsud Pezeşkian Kazanda keçirilən BRİKS sammiti çərçivəsində  İrana qarşı təcavüz olacağı təqdirdə İsrailə sərt  cavab veriləcəyini bildirib.

KONKRET.az xəbər verir ki, Pezeşkian bunu  Efiopiyanın baş naziri Abiy Əhməd Əli ilə görüşündən sonra deyib: “Əgər sionist rejim səhv edib İran İslam Respublikasına qarşı hərəkətə keçsə, qəti və ağlasığmaz cavab alacaq”.

Eyni zamanda, İran prezidenti Yaxın Şərqdə sülhün bərqərar olması istəyini qeyd edib: “Biz regionda münaqişənin və gərginliyin artmasını istəmirik. Biz sülh və əmin-amanlıq yolunda bütün hərəkətləri alqışlayırıq. Ölkəmdə harmoniya və bütövlüyü təmin etmək, dünya ilə əlaqələri və əməkdaşlığı gücləndirmək üçün prezident oldum”,-deyə İran prezidenti bildirib.

Vəli Həsənoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*