Keçmiş meyxana ustası Mehdi Xaçmazlı uzun müddətdən sonra Azərbaycana qayıtdı – VİDEObackend

Keçmiş meyxana ustası Mehdi Xaçmazlı uzun müddətdən sonra Azərbaycana qayıtdı - VİDEO

Uzun müddət efirlərdə görünməyən, vaxtilə populyarlığı ilə seçilən meyxana ustası, hazırda Krasnoyarskda bizneslə məşğul olan Mehdi Mehdiyev (Xaçmazlı) öz kiçik videosu ilə gündəmə gəlib. Onun Azərbaycandan Krasnoyarskda yaşayan soydaşlarımıza özünəməxsus şəkildə iki beytlə müraciəti diqqəti çəkib. Konkret.az Mehdi Mehdiyevlə əlaqə saxlayıb. Keçmiş meyxana ustası bildirib ki, ilk dəfədir ki, uzunmüddətli Azərbaycana gəlib. Anasının xahişi ilə artıq iki aydır ki, Vətəndədir. Demək olar ki, Azərbaycanın bütün görməli yerlərində olub. Onun birdəfəlik ölkəmizə gələcəyi ilə bağlı söz-söhbətlərə aydınlıq gətirən Mehdi Xaçmazlı bildirib ki, o, fəaliyyətini hələ ki, Rusiyanın Krasnoyarsk şəhərində davam etdirir. Mehdi Xaçmazlı ilə geniş müsahibəni bu yaxınlarda təqdim edəcəyik.

 

Natiq Səlim,

Konkret.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*