Keçmiş sevgilisi Cenifer Lopesə hədiyyə etdiyi “Porche”ni geri aldı – FOTObackend

Keçmiş sevgilisi Cenifer Lopesə hədiyyə etdiyi “Porche”ni geri aldı - FOTO

ABŞ-ın kino və pop-estrada ulduzu Cenifer Lopesin keçmiş sevgilisi, beysbolçu Aleks Rodriqes ona bağışladığı qırmız rəngli bahalı “Porche” markalı avtomobili geri alıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Nəşr qeyd edir ki, Aleks Rodriqes “İnstagram” səhifəsində həmin avtomobillə foto paylaşıb.

Bu, Cenifer Lopesin fanatlarının diqqətindən yayınmayıb.

Rodriqes 140 min dollarlıq həmin avtomobili Lopesə onun 50 illiyi münasibəti ilə hədiyyə edib.

Beysbolçu özü bu barədə danışmaq istəməyib.

Rodriqesin izləyiciləri isə onu bu addımına görə qınayıblar: “Maşınla poz verən şəxs özü həmin avtomobili Cenifer lopesin ad gününə hədiyyə etmişdi. Gülməlidir”, “Sən hansı haqla “Porche”ni Lopesdən geri almısan?”, “Necə də ləyaqətsiz hərəkətdir”.

 

Eks-sevgilisi Cenifer Lopesə hədiyyə etdiyi “Porche”ni geri aldı
Eks-sevgilisi Cenifer Lopesə hədiyyə etdiyi “Porche”ni geri aldı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*