ABŞ Çin istehsalı olan bu məhsullara qadağa qoymağa hazırlaşırbackend

ABŞ Çin istehsalı olan bu məhsullara qadağa qoymağa hazırlaşır

ABŞ administrasiyası süni intellekt infrastrukturasında istifadə olunan yeni Çin istehsalı olan optik transiverlərin ölkəyə idxalına qadağa qoymağa hazırlaşır. “Reuters” agentliyinin məlumatına görə, bu tədbir rəqəmsal texnologiyalar sektorunda təhlükəsizliyin gücləndirilməsi məqsədi daşıyır.

KONKRET.az xəbər verir ki, ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) tərəfindən hazırlanan bu məhdudiyyətlər kritik əhəmiyyət daşıyan süni intellekt infrastrukturunu potensial kibertəhdidlərdən, o cümlədən məlumat oğurluğundan, zərərli proqram təminatının tətbiqindən və sistemlərin işində qəsdən yaradıla biləcək nasazlıqlardan qorumaq məqsədi güdür. Layihənin cari ilin sonuna qədər rəsmi olaraq dərc olunacağı gözlənilir, lakin mənbələr sənədin müddəalarının hələ də dəyişdirilə və ya tamamilə ləğv oluna biləcəyini istisna etmirlər.

Öz növbəsində, Çin tərəfi bu təşəbbüvü kəskin şəkildə tənqid edib. Rəsmi Pekin Vaşinqtonu Çin şirkətlərinə qarşı təzyiqlərə son qoymağa çağırıb və xəbərdarlıq edib ki, əgər ölkənin iqtisadi maraqlarına əhəmiyyətli dərəcədə zərər dəyərsə, cavab olaraq “bütün zəruri tədbirlər” görüləcək.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*