Kəlbəcərdən çıxan sonuncu ermənilər – VİDEObackend

Kəlbəcərdən çıxan sonuncu ermənilər - VİDEO

Saat 22:00 radələrində və daha sonra yüzlərlə avtomobil hələ də Kəlbəcərin yaşayış məntəqələrindən çıxıb.

KONKRET.az xəbər verir ki, “Sputnik Ermənistan”ın müxbirləri Kəlbəcər və İrəvan-Xankəndi magistral yolunun kəsişməsində (Vardenis yolu ilə) görüntüləri lentə alıblar.

Qeyd edilir ki, Kəlbəcərdə olan sakinlərə saat 00:00-dan əvvəl ərazini tərk etmələri barədə xəbərdarlıq edilib.

Onlar aparılması mümkün olan hər şeyi – mebel, tikinti materialları, heyvanlar, avtomobillər və başqa şeyləri aparıblar.

Qarabağla əlaqəli bağlanan üçtərəfli müqaviləyə görə, Kəlbəcər rayonu Azərbaycana təhvil verilməli olan rayonlardan birincisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*