KONKRET.az bildirir ki, görüntülər Oxu.Az-ın redaksiyasına göndərilib. Videonu rayon sakini olan hərbçi lentə alıb.
Görüntüləri izləyəndə onun hansı həyəcanı keçirdiyini, illərlə vətəninə, öz doğma yurduna görə necə həsrət çəkdiyini aydın sezmək mümkündür.
Hərbçi vaxtilə yaşadıqları kəndə gedərək, orada Azərbaycan bayrağını asıb.
Həmin görüntüləri təqdim edirik:
