Kəmaləddin Heydərov Qəbələdə yanğın baş vermiş dağlıq ərazilərə getdibackend

Kəmaləddin Heydərov Qəbələdə yanğın baş vermiş dağlıq ərazilərə getdi

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı yanğın baş vermiş mürəkkəb relyefli dağlıq əraziyə gedib.

KONKRET.az-ın məlumatına görə, nazir helikopterlə əraziyə baxış keçirib, yanğının qarşısının alınması üçün aparılan işlərlə tanış olub.

Yanğının söndürülməsi istiqamətində görülən tədbirlər barədə K. Heydərova məlumat verilib.

Nazir daha sonra rayonun Abrıx kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə də yanğının söndürülməsi işləri ilə tanış olub.

K. Heydərov yanğınların qarşısının alınması üçün müvafiq göstəriş və tapşırıqlar verib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*