Kəmaləddin Heydərovun məşhur oteli satışa çıxarıldı: 752 milyon manat – FOTObackend

Kəmaləddin Heydərovun məşhur oteli satışa çıxarıldı: 752 milyon manat - FOTO

Bakının mərkəzində yerləşən, dəbdəbəli, dördulduzlu “Qafqaz Baku City Hotel & Residences” oteli satışa çıxarılıb.

KONKRET.az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Bina.az saytında elan yerləşdirilib.

Kompleksə 17 mərtəbədə yerləşən 317 otaq, 9 yüksək komfortlu mənzil, habelə əlillər üçün nəzərdə tutulan 2 otaq daxildir.

İçərisində 2 restoran, barlar, gimnastika zalları, spa salonları, konfrans otaqları və ticarət mərkəzi mövcuddur.

Otelin qiyməti isə 72 milyon 750 min manatdır.

Qeyd edək ki, “Gilan Holding”ə məxsus olan “Qafqaz” otellər şəbəkəsinə 13 otel daxildir və bu mülklərin sahibi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*