Kəmaləddin Qafarovun yeddi rəqibi onun qələbəsini tanımadı – BƏYANATbackend

Kəmaləddin Qafarovun yeddi rəqibi onun qələbəsini tanımadı - BƏYANAT

9 fevral 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsindən qeydə alınmış yeddi namizəd seçki saxtakarlığına etiraz əlaməti olaraq birgə bəyanat imzalayıb.

KONKRET.az Unikal.org-a istinadən xəbər verir ki, bəyanatı Elşad Musayev, Günel Səfərova, Nemət Kərimli, Ülvi Həsənov, Rəşad Rzayev, Əpoş Vəliyev və Elnur Qasımov imzalayıb.

Bəyanatı olduğu kimi təqdim edirik:

“9 saylı Binəqədi ikinci seçki dairəsindən 9 fevral 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər üzrə qeydə alınmış namizədlər olaraq seçki günü aktiv müşahidə etdiyimiz ciddi qanun pozuntuları və protokolların surətlərinin seçki qanunvericiliyinə uyğun olaraq verilməməsi halları tərəfimizdən aşkar olunub.

Yuxarıda göstərilənləri nəzərə alaraq, 9 saylı Binəqədi ikinci seçki dairəsində total saxtakarlıq və qanun pozuntuları şəraitində keçirilən seçkilərin seçicilərin iradəsinin nəzərə alınmadığını qeyd etməklə, seçkilərin nəticələrini rəsmi qaydada tanımadığımızı bəyan edir və yeni seçki keçirilməsini tələb edirik.

Qeydə alınmış namizədlər:

Elşad Musayev

Əpoş Vəliyev

Elnur Qasımov

Rəşad Rzayev

Günel Səfərova

Nemət Kərimli

Ülvi Həsənov”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*