Kemerovoda ruslar tava və sabun uğrunda QIRĞINA ÇIXDILAR – VİDEObackend

Kemerovoda ruslar tava və sabun uğrunda QIRĞINA ÇIXDILAR - VİDEO

Rusiyanın Kemerovo şəhərində ruslar tava və sabun uğrunda qırğına çıxıblar.

KONKRET.az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkəlrdə yayılıb. Onlarla rusiyalı bir-birinin əlindən tava və sabun qoparmağa çalışdıqları anlar  kameraya düşüb.

iqtisadi sanksiyalar səbəbindən Rusiyanın üzləşdiyi ərzaq böhranı ilə əlaqədar Kemerovoda lentə alınıb.

Alıcı izdihamı sözün əsl mənasında malları olan karton qutuları parçalayıb, insanlar qıt olan gigiyena məhsullarını ilk əldə etmək üçün bir-birlərini itələdyibər.

“Dəlixanadır, internetdə qoyacağam, qoy baxsınlar” – deyə rus alıcı təəssüratlarını bölüşür.
Kassalarda uzun növbələr yaranıb.

Bundan əvvəl Aİ-nin Rusiyaya qarşı ticarət embarqosu səbəbindən şəkər Rusiya supermarketlərinin piştaxtalarından yoxa çıxmağa başlayıb ki, bu da yerli sahibkarların məhsulların qiymətini xeyli şişirtməsinə səbəb olub.

“Əgər Rusiya Ukraynaya qarşı hərbi təcavüzü dayandırmasa, o zaman o, tezliklə ət və süd apokalipsisini öz dərisində hiss edəcək və çörək, duz üçün kilometrlərlə uzun növbələr yaranacaq”, – ekspertlər izah ediblər.

“Fitch Ratings” reytinq agentliyi Ukraynadakı müharibəyə görə Rusiya iqtisadiyyatının 1998-ci ildəki defoltdan da çox böyük itkilərlə üzləşdiyini proqnozlaşdırır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*